Gürcüstanlı yarımmüdafiəçi "Kəpəz"də

Xəbərlər
23 İyul 2025 02:26
44
Gürcüstanlı yarımmüdafiəçi "Kəpəz"də

Azərbaycan Premyer Liqası təmsilçisi "Kəpəz" daha bir futbolçu ilə güclənib.

İdman.biz xəbər verir ki, gürcüstanlı Otar Aptsiauri Gəncə klubunda çıxış edəcək.

23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.

Qeyd edək ki, "Kəpəz" daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofananı transfer edib.

İdman.biz