"Neftçi" ruminiyalı futbolçu transfer edib

Xəbərlər
23 İyul 2025 01:19
46
"Neftçi" ruminiyalı futbolçu transfer edib

“Neftçi” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.

İdman.biz xəbər verir ki, paytaxt klubu Kristian Kostini heyətinə cəlb edib.

Rumıniyalı sağ cinah müdafiəçisi mövqeyində oynayır. “Neftçi” 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlayıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.

İdman.biz