Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyev növbəti dəfə klubunu dəyişib.
İdman.biz xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkənin 3-cü liqasında mübarizə aparan "İnter Banqkok"da davam etdirəcək.
"Muanq Loei Yunayted"dən ayrılan Məmməd yeni klubu ilə 1 illik müqavlə imzalayıb.
Qeyd edək ki, Məmməd Quliyev karyerası ərzində "Rəvan", "İnter"(indiki "Şamaxı"), "Şüvəlan", "Kamphaengphet", "Kasem Bundit", "Tonburi Yunayted", "Uttaradit", "Saraburi Yunayted""(hamısı Tailand) klublarında oynayıb.
İdman.biz