UEFA-dan Kamal Umudluya növbəti təyinat

Xəbərlər
22 İyul 2025 10:26
44
UEFA-dan Kamal Umudluya növbəti təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Umudluya Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.biz