"Spartak" "Qalatasaray"ın futbolçusunu almaq istəyir

Xəbərlər
22 İyul 2025 13:59
51
"Spartak" "Qalatasaray"ın futbolçusunu almaq istəyir

"Spartak" "Qalatasaray"ın mərkəz müdafiəçisi Karlos Kuestanı heyətinə qatmaq niyyətindədir.

İdman.biz "Sport-Ekspress"ə istinadən xəbər verir ki, "qırmızı-ağlar" Kolumbiya millisinin 26 yaşlı futbolçusunun transferi üçün Türkiyə çempionu ilə danışıqlar aparır.

Kuesta fevral ayında "Genk"dən 8 milyon avro qarşılığında İstanbul klubuna keçib və 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.

O, "Qalatasaray"ın heyətində ümumilikdə 6 oyun keçirib və qol vurmayıb.

Qeyd edək ki, Kuesta 2021-ci ildən Kolombiya millisinin heyətində 23 matçda çıxış edib.

İdman.biz