“Neftçi”nin yeni transferi üçün ödədiyi icarə haqqı bəlli olub

Xəbərlər
20 İyul 2025 00:08
50
“Neftçi”nin yeni transferi üçün ödədiyi icarə haqqı bəlli olub

“Neftçi” yeni transferi Freddi Varqası icaərsi üçün “Makkabi”yə (Netanya) 175 min avro (339 min manat) ödəyib.

İdman.biz xəbər verir ki, bu barədə "Transfermarkt" portalında məlumat yayılıb.

Paytaxt təmsilçisi bir neçə gün Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqası rənglərinə bağlayıb. 1 illik icarəyə götürülən futbolçunun müqaviləsində satınalma maddəsi var.

Qeyd edək ki, o, Venesuela milli komandasında 3 oyun keçirib.

İdman.biz