"Təklif Elçin Usubdan gəldi. Dəvət etdi, mən də imtina etmədim".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı" klubunun İdarə Heyətinin sədr müavini Vəli Qasımov deyib.
Ötən gün təyinatı gerçəkləşən Qasımov klubda görüləcək işlərdən danışıb: "Mənim əsas işim akademiyada olacaq. Görüləsi işlər çoxdur. "Şamaxı" yeni yaranan komandadır. Uşaqlar gəlməkdə davam edir. Əvvəllər uşaqları çətinliklə yığırdıq, indi isə akademiyamıza yazılmaq istəyənlər çoxdur. İşlər yaxşı gedir ki, Şamaxıda futbola maraq artıb. Düzdür, bəzi məsələlər daha yaxşı ola bilər. Bu, qidalanma, qalmaq məsələsidir. Bu gün üçün durum normaldır".
Qeyd edək ki, Vəli Qasımov 2022-ci ildən "Şamaxı"da gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışır.
İdman.biz