Rahid Əmirquliyev: "Onların yoxluğu "Zirə" üçün yaxşı hal deyil"

Xəbərlər
18 İyul 2025 17:44
40
Rahid Əmirquliyev: "Onların yoxluğu "Zirə" üçün yaxşı hal deyil"

"Sumanın gedişi, Utziqin olmaması "Zirə" üçün heç də yaxşı hal deyil. Onlarsız çətin ola bilər. Amma əvəzedilməz də futbolçu yoxdur".

İdman.biz xəbər verir ki, bunu Sportal.az-a Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O bildirib ki, "Zirə"də gedənlərin yerini doldurmaq üçün xeyli futbolçu var: "Hayduk" güclü rəqibdir. Yaxşı komandadır. Avropada tanınmış kollektivdir. "Zirə" üçün çox çətin sınaq olacaq. Hər halda, yenə də biz inanırıq və dəstəkləyirik. Allah qoysa, qələbə qazanan, mərhələ keçən tərəf "Zirə" olar”.

Əmirquliyev Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin şanslarını da dəyərləndirib. Bununla yanaşı, o, “Zirə”nin yeni transferlərindən bəhs edib: “Yeqor Boqomolskini "Neftçi"dən tanıyırıq. Neçə ildir ki, "ağ-qaralar"da oynayırdı, onu görmüşük, pis hücumçu deyil. "Zirə"yə xeyri dəyər. Vensan Till və Brhaim Konatenin də "Zirə"yə xeyri dəyə biləcəyini düşünürəm. Hər halda, Rəşad Sadıqov onları komandaya gətiribsə, potensiallarını görərək dəvət edib. Ümid edək ki, onların da "Zirə"yə xeyri dəyəcək”.

İdman.biz