"Hər bir futbolçu "Qızıl top"u arzulayır".
İdman.biz xəbər verir ki, bunu "Barselona"nın cinah oyunçusu Lamin Yamal özünü "Qızıl top"un gələcək sahibi kimi görüb-görməməsindən danışarkən deyib.
Gənc ulduz nə vaxtsa, bu mükafata yiyələnəcəyinə inandığını vurğulayıb: "Hesab edirəm ki, hər bir futbolçu "Qızıl top"u xəyal edir. Bununla belə, xarakterim və düşüncəm mənə deməyə imkan verir ki, bir gün, əlbəttə, bu baş verəcək. Mən tələsmirəm".
Qeyd edək ki, iyulun 13-də Yamalın 18 yaşı tamam olub. futbolçu 2023-cü ildən Kataloniyanın əsas komandasında çıxış edir. O, klubla dörd kubok qazanıb: iki dəfə İspaniya çempionatı, ölkə kuboku və Superkubok.
İdman.biz