Bu gün ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda futbol üzrə klublararası dünya çempionatının final oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, yekun qarşılaşmada İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçın baş hakimi iranlı Əlireza Fəqani təyin edilib.
Qeyd edək ki, PSJ son mövsümdə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
İdman.biz