“Zirə” “Pendikspor”a 4 cavabsız qolla gəlib

Xəbərlər
16 İyul 2025 19:27
73
“Zirə” “Pendikspor”a 4 cavabsız qolla gəlib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün dördüncü yoxlama oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli “Pendikspor” klubu ilə üz-üzə gəlib.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra "Zirə" daha yaxşı oynayaraq, rəqib komandanın qapısında 4 cavabsız top keçirib. Paytaxt təmsilçisinin heyətində Brahim Konate, Davite Volkov və iki dəfə Junior Martins fərqləniblər.

Yoxlama oyunu
16 iyul
17:30. “Zirə” - “Pendikspor” (Türkiyə) - 4:0

Qollar: Brahim Konate, 60. Davite Volkov, 66. Junior Martins, 73; 79
Start heyəti: Tiaqo Silva, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev(K), İssa Cibriela, Guima, Brahim Konate, Ayron Qomis, Georgi Papunaşvili, Junior Martis, Davit Volkov
Oyuna sonradan girənlər: Vinsent Till, Əhliman Süleymanzadə, Şahmar Aşurov, Ramiz Muradov, Nurhan Abdıyev
Fanatik Tur Meydançaları

Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü" (2:1) ilə “Çorum”a (2:0) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə “Qarabağ”a 0:4 hesabı ilə uduzub.

İdman.biz