Konfrans Liqasının II mərhələsində ölkəmizi təmsil edəcək "Zirə"nin rəqibi "Hayduk" yoxlama matçında qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, Split təmsilçisi "Croatia Zmijavci" klubu ilə qarşılaşıb.
İlk hissəsi 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın fasiləsindən sonra "Hayduk" daha 3 dəfə fərqlənib. "Zirə"nin rəqibinin heyətində Kalik, Skoko, Livaya və Şarliya fərqləniblər.
Splitlilər növbəti yoxlama görüşündə LASK-la (Avstriya) güclərini sınaqdan keçirəcəklər.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında mərhələnin ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə ayın 31-də Spilit şəhərində baş tutacaq.
İdman.biz