Klublararası dünya çempionatında qazanılan qələbəyə görə "Çelsi"nin hər bir futbolçusu 350 min funt sterlinq mükafat alacaq.
İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisi yeni formatda keçirilən mundialın finalında PSJ-yə 3:0 hesabı ilə qalib gəlib. "Çelsi" turnirdəki çıxışına görı 113,6 milyon avro qazanc əldə edib. Klubun rəhbərliyi uğurlu çıxışa görə komanda üzvlərinə təxminən 402 min avro bonus verəcək.
Qeyd edək ki, "Çelsi" həm də 2024/2025 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.
İdman.biz