Transfer çalışmalarını davam etdirən "Şamaxı" daha bir legionerə "elçi” düşüb.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Edvin Banquera ilə maraqlanır.
Hazırda Portuqaliyanın 2-ci liqa təmsilçisi "Felqueyras"ın üzvü olan kolumbiyalı müdafiəçi Azərbaycana gəlməyə ilkin razılıq verib.
Banquera karyerası ərzində “Salqueyros”, “Jil Visente”, “Sportinq Kovilya”, “Mafra” klublarında oynayıb.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəl Emil Süleymanov("Qəbələ", icarə), Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar, David Santos, Rikardo Apolinarionun keçidini həll etmişdi.
İdman.biz