Redon Cicadan "Qarabağ"la bağlı PAYLAŞIM - FOTO

Xəbərlər
14 İyul 2025 10:55
61
Redon Cicadan "Qarabağ"la bağlı PAYLAŞIM - FOTO

"İki il yarımdan sonra vidalaşmaq vaxtıdır".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan albaniyalı futbolçu Redon Cica sosial şəbəkə hesabında yazıb.

O, Ağdam təmsilçisinə təşəkkür edib: "Meydanı və paltardəyişmə otağını bölüşdüyüm oyunçulara, hər zaman dostluq münasibətləri saxlayacağım kollektivə təşəkkür edirəm. Həm oynayanda, həm də oynamayanda məni dəstəkləyən azarkeşlərə minnətdaram. Sizə hər şeyin ən yaxşısını arzulayıram. Sizin bir parçanız olmaq mənim üçün xoş idi. Təşəkkürlər, "Qarabağ".

Qeyd edək ki, Redon Cica Əlcəzairin "SSPA Şabab Riadi Beluizdad" klubuna transfer olunub. 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz