"Liverpul" və "Preston North End" komandaları arasında yoxlama görüşü zamanı "qırmızılar"ın mərhum hücumçusu Dioqo Jota və qardaşı üçün anım tədbiri keçiriləcək.
İdman.biz xəbər verir ki, qarşılaşma bazar günü, iyulun 13-də keçiriləcək.
Bu, "Liverpul"un portuqaliyalı futbolçunun ölümündən sonra ilk oyunu olacaq.
Ötən həftə İspaniyanın şimal-qərbində, Zamora əyalətində 28 yaşlı Jota və "Penafiel"də çıxış edən qardaşı Andre Silva avtomobil qəzasında həlak olublar - onların maşını yoldan çıxaraq yanıb.
Matçdan əvvəl həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Hər iki komandanın oyunçuları matəm sarğıları taxaraq meydana çıxacaqlar. "Preston" təmsilçiləri "Liverpul" azarkeşləri ilə birlikdə əklil qoyacaqlar. "Preston" klubu da oyun üçün xatirə proqramları hazırlayıb.
İdman.biz