"Çelsi" klublararası dünya çempionatından artıq 110 milyon dollar qazanıb

Xəbərlər
9 İyul 2025 09:55
48
"Çelsi" klublararası dünya çempionatından artıq 110 milyon dollar qazanıb

Klublararası dünya çempionatının qalibi olacağı halda "Çelsi" 120 milyon dollar qazanacaq.

İdman.biz xəbər verir ki, yarımfinalda "Fluminense"ni 2:0 hesabı ilə məğlub edən London klubu turnirin finalına yüksəlib.

Jurnalist Ben Ceykobs "Çelsi" klublararası dünya çempionatında iştirakından artıq 110 milyon dollar qazandığını yazıb. Finalda qalib gələcəyi təqdirdə FIFA İngiltərə təmsilçisinə daha 10 milyon dollar ödəyəcək.

Klublararası dünya çempionatında bir klub üçün mümkün olan maksimum gəlir 125 milyon dollardır. "Çelsi" qrup mərhələsində "Flamenqo"ya məğlubiyyətə (1:3) görə 2 milyon dollar itirib, turnirdə iştiraka görə isə 35 milyon avro alıb - UEFA təmsilçiləri üçün mümkün olan maksimum məbləğdən 3 milyon az.

Qeyd edək ki, “Çelsi” mundialın finalında “Real Madrid” və ya PSJ ilə qarşılaşacaq. Bazar günü - iyulun 13-də keçiriləcək oyun Bakı vaxtilə 23:00-da başlayacaq.

İdman.biz