"Sumqayıt"ın baş məşqçisi: "Hansısa komandada bir mövsümdən artıq qalmaq çox çətindir"

Xəbərlər
8 İyul 2025 16:36
39
"Sumqayıt"ın baş məşqçisi: "Hansısa komandada bir mövsümdən artıq qalmaq çox çətindir"

Müasir futbolda hansısa komandada bir mövsümdən artıq qalmaq çox çətindir.

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib.

O, Rusiyanın "Pari NN" klunundan ayrılması ilə bağlı sualı cavablandırıb: "Məqsədim komandanı Premyer Liqada saxlamaq idi və bunun öhdəsindən gəldim. Amma niyə belə olduğunu bilmədim. Yunanıstanın "Atromitos" klubunda da müəyyən nəticələr əldə etmişdim. Həmçinin Bolqarıstanda da pis nəticə göstərməmişdim. Müasir futbolda bir komandada bir mövsümdən artıq qalmaq çox çətindir".

Qeyd edək ki, "Sumqayıt" ötən gün S.İliçlə 1 illik müqavilə bağlayıb.

İdman.biz