Karim Rossi "Şamaxı"da

Xəbərlər
7 İyul 2025 23:41
43
Karim Rossi "Şamaxı"da

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” növbəti transferini həyata keçirib.

İdman.biz xəbər verir ki, komanda isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb.

31 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. Rossi son mövsümün ikinci hissəsini İsveçrə 1-ci Liqasının “Şaffhauzen” klubunda keçirib.

Qeyd edək ki, Rossi bu komandanın heyətində 2 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz