“Neftçi” komandasının qapıçısı Rza Cəfərov bir neçə klubun maraq dairəsindədir.
İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.
Klub rəsmisi Cəfərovun istedadlı qolkiper olduğunu və ona güvəndiklərini bildirib: “Təbii ki, onunla maraqlanan klublar var. Amma Rza bizim qapıçımızdır. Komandanın sıralarında məşq edir. Ona çox güvənirik. Transfer çalışmalarımız da davam edir. Bir çox futbolçu ilə maraqlanırıq, izləyirik, bəzilərini diqqət mərkəzində saxlayırıq. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.
Qeyd edək ki, Rza Cəfərov Premyer Liqada başa çatan mövsümdə 31 oyunda iştirak edib. O, 5 matçda qapısını toxunulmaz saxlayıb.
İdman.biz