"Qarabağ" Konteni transfer etmək istəyir

Xəbərlər
30 İyun 2025 09:14
67
"Qarabağ" Konteni transfer etmək istəyir

"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Gürcüstan "Dila"sında çıxış edən Abubakar Konte ilə maraqlanır.

24 yaşlı sol cinah vingeri Ağdam təmsilçisinin diqqət mərkəzindədir. "Köhlən atlar"ın Malidən olan oyunçu üçün qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

"Araz-Naxçıvan" və Norveçin "Tromso" klubları da oyunçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Abubakar Konte 2024-cü ildən Gürcüstan təmsilçisində çıxış edir.

İdman.biz