"Çelsi"nin baş məşqçisi: “ABŞ klublararası dünya çempionatı üçün uyğun yer deyil”

Xəbərlər
29 İyun 2025 12:08
53
"Çelsi"nin baş məşqçisi: “ABŞ klublararası dünya çempionatı üçün uyğun yer deyil”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandasının Lissabonun “Benfika” komandası ilə oyununda tufan səbəbindən iki saatlıq fasilədən sonra ABŞ-nin klublararası dünya çempionatı üçün uğun yer olmadığını deyib.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis təhlükəsizlik tədbirlərindən də narazı qaldığını vurğulayıb.

“Mən başa düşə bilərəm, bu, təhlükəsizlik səbəbi ilə edilirsə, o zaman bu oyun təxirə salınmalıdır. Ancaq yeddi və ya səkkiz görüşü dayandırırsınız. Bələ çıxır ki, ABŞ turnir üçün uyğun yer deyil”, - deyə Mareska bildirib.

Qeyd edək ki, “Benfika” ilə qarşılaşma Şarlottada keçirilib və "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz