“Qarabağ” çempionluq kuboku ilə “İmarət” stadionunda - FOTO

Xəbərlər
25 İyun 2025 16:25
80
“Qarabağ” çempionluq kuboku ilə “İmarət” stadionunda - FOTO

“Qarabağ” futbol klubu Şuşa səfəri çərçivəsində “İmarət” kompleksində olub.

İdman.biz xəbər verir ki, komanda arenanın girişi qarşısında xüsusi olaraq bu məqsədlə özləri ilə gətirdikləri çempionluq kuboku ilə xatirə şəkli çəkdiriblər.

Ağdamlılar eyniadlı stadionun tikintisi ilə tanış olduqdan sonra “İmarət” kompleksini ziyarət ediblər.

Komanda, həmçinin Ağdam Cümə məscidinə də baş çəkib.

İdman.biz