“Kəpəz” portuqaliyalı qapıçı ilə yollarını ayırır

Xəbərlər
23 İyun 2025 12:06
75
“Kəpəz” portuqaliyalı qapıçı ilə yollarını ayırır

Mövsümün sonunda Nicat Süleymanovla vidalaşan “Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, portuqaliyalı qapıçı Rojerio Santosun komandadan göndərilməsi ilə bağlı klub rəhbərliyinə raport təqdim olunub. Qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Qeyd edək ki, “Kəpəz” hələlik “Sabah”dan ayrılan Şakir Seyidovu heyətinə qatıb.

İdman.biz