Burak Yılmaz vəzifəsindən ayrılıb

Xəbərlər
22 İyun 2025 21:03
46
Burak Yılmaz vəzifəsindən ayrılıb

Burak Yılmaz "Kasımpaşa"nın baş məşqçisi vəzifəsindən ayrılıb.

İdman.biz xəbər verir ki, 39 yaşlı mütəxəssis İstanbulun Beyoğlu ilçəsini təmsil edən komandanı 2025-ci ilin əvvəlindən çalışdırırdı.

Yılmazın rəhbərliyi ilə "Kasımpaşa" ötən mövsüm Türkiyə Super Liqasını 10-cu pillədə başa vurub.

Qeyd edək ki, futbolçu kimi Türkiyə millisində 77 oyunda 31 qol vuran Burak Yılmaz daha əvvəl "Kayserispor"u çalışdırıb və "Beşiktaş"ın baş məşqçisi vəzifəsini icra edib.

İdman.biz