"Bavariya"nın yeni ulduzu - qol seriyası 6 oyuna çatıb

Xəbərlər
21 İyun 2025 15:02
39
"Bavariya"nın yeni ulduzu - qol seriyası 6 oyuna çatıb

Klubların dünya çempionatında "Boka Xuniors"la oyunda (2:1) komandasının qələbə qoluna imza atan Maykl Olise "Bavariya"nın heyətində keçirdiyi son 6 matçın hamısında fərqlənib.

İdman.biz xəbər verir ki, uğurlu seriyaya aprelin 26-da başlayan fransalı vinger o vaxtdan bəri 7 dəfə Münhen klubunun rəqiblərini məyus edib.

Bu müddətdə həmçinin UEFA Millətlər Liqasında iki oyunda Fransa millisinin formasını geyinən 23 yaşlı futbolçu yalnız Almaniya ilə 3-cü yer uğrunda görüşdə (2:0) fərqlənə bilib.

Qeyd edək ki, Olise 2024/25-ci illər mövsümündə Bundesliqada 34 oyunda 12 qol vurub. O, "Bavariya"ya 2024-cü ildə "Kristal Pelas"dan keçib.

İdman.biz