AFFA rəsmiləri FIFA sammitində

Xəbərlər
20 İyun 2025 17:54
32
AFFA rəsmiləri FIFA sammitində

Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir.

İdman.biz xəbər verir ki, tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.

Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.

İdman.biz