“Neftçi” Polşada hazırlıq keçəcək - RƏQİBLƏR

Xəbərlər
20 İyun 2025 16:12
32
“Neftçi” Polşada hazırlıq keçəcək - RƏQİBLƏR

“Neftçi” yeni mövsümü üçün hazırlıq proqramını açıqlayıb.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

İkinci mərhələ iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.

Qeyd edək ki, yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər hələlik dəqiqləşməyib.

İdman.biz