"Sabah"ın rəqibinin heyətində ayrılıq

Xəbərlər
19 İyun 2025 19:08
42
"Sabah"ın rəqibinin heyətində ayrılıq

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Selye" futbolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanı tərk edək 25 yaşlı yarımmüdafiəçi Alyoşa Matko bundan sonra karyerasını Macarıstanın "Uypeşt" klubunda oynayacaq. 2022-ci ildən "Selye"də çıxış edən Matko 122 matçda 51 qol vurub.

Qeyd edək ki, "Sabah"la “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

İdman.biz