ABŞ-da keçirilən klublararası dünya çempionatı üçün ümumi mükafat fondu açıqlanıb.
İdman.biz BBC Sport-a istinadən xəbər verir ki, mükafat fondu 775 milyon funt-sterlinqdir.
Bu məbləğ 32 klub arasında bölüşdürüləcək.
Klublar hər mərhələ üçün müəyyən olunmuş məbləğləri alacaqlar:
Qrup mərhələsində qalib gələn komanda 1.5 milyon funt, heç-heçə edən isə 800 min funt əldə edəcək.
1/8 final: 5.8 milyon funt
1/4 final: 10.1 milyon funt
1/2 final: 16.2 milyon funt
Finalçı: 23.2 milyon funt
Qalib: 30 milyon funt
Qeyd edək ki, turnirin qalibi 97 milyon funtadək qazana bilər.
İdman.biz