İki gün əvvəl "Qarabağ"dan ayrılan Patrik Andrade karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
İdman.biz Pressing.az-a istinadən xəbər verir ki, kabo-verdeli mərkəz yarımmüdafiəçisi "Neftçi" ilə anlaşıb.
32 yaşlı futbolçunun "ağ-qaralar"da alacağı məvacib də məlumdur. Andradenin paytaxt klubunda illik 400 min avro qazanacağı bildirilir.
Onu da diqqətinizə çatdıraq ki, təcrübəli futbolçu "Zirə"nin də "radar"ında idi. Fəqət o, "qartallar"ın təklifindən imtina edib və "Neftçi"yə üstünlük verib.
İdman.biz