"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Türkiyə nəhəngi "Qalatasaray"la anlaşıb.
İdman.biz Fanatik-ə istinadən xəbər verir ki, kataloniyalılar onun üçün ciddi transfer haqqı tələb etməsələr, 33 yaşlı qolkiperin transferi yaxın vaxtlarda tamamlana bilər.
“Barselona” artıq ter Ştegenlə hesablaşmadığı bildirilir. Klub rəhbərliyi kapitanın diz zədəsi sağaldıqdan sonra davranışından narazı qalıb.
İdman.biz