2024/25 mövsümündə II Liqanın oyunlarını 31 min 930 tamaşaçı izləyib.
İdman.biz xəbər verir ki, baş tutan 178 oyunda orta göstərici 179-a bərabər olub.
Tamaşaçı sayında “Hypers Guba” hamını qabaqlayıb.Bu göstəricidə “Şəfa” ikinci, “Şəmkir” üçüncüdür. Yalnız dörd iştirakçıda orta tamaşaçı sayı 100-dən yüksəkdir. Bu üç komandadan başqa yalnız “Sheki City”nin orta göstəricisi üç rəqəmlə ifadə olunub. Şəki təmsilçisi bir qarşılaşmanı tamaşaçısız keçirib.
Mövsümün rekordu 24-cü turun “Şəfa” – “Şahdağ Qusar” matçında qeydə alınıb – 4500 izləyici. 8-ci turun “Hypers Guba” – “Şahdağ Qusar” oyununda 2000, 25-ci turun “Hypers Guba” – “Şimal” görüşündə 1500 tamaşaçı olub.
Nəticələri ləğv olunan 1-ci turun “Hypers Guba” – “Saatlı-Araz” (1200 tamaşaçı) və “Sheki City” – “Şəmkir” (500 tamaşaçı), 11-ci turun “Dinamo” – “Hypers Guba” (10 tamaşaçı) oyunları, həmçinin tamaşaçısız keçirilən 21-ci turun “Sheki City” – “Qusar” görüşləri cədvəldə nəzərə alınıb. Dörd qarşılaşma – 7-ci turun “Şəfa” – “Lerik”, 13-cü turun “Qusar” – “Şahdağ Qusar”, 14-cü turun “Şahdağ Qusar” – “Kür-Araz” və “Ağdaş” – “Şimal” görüşləri baş tutmadığı üçün cədvəldə əksini tapmayıb.
komanda |
tamaşaçı |
oyun |
orta |
|
1 |
Hypers Guba |
7680 |
13 |
591 |
2 |
Şəfa |
6640 |
12 |
553 |
3 |
Şəmkir |
6270 |
13 |
482 |
4 |
Sheki City |
2870 |
13 |
221 |
5 |
Ağdaş |
1180 |
12 |
98 |
6 |
Şimal |
1135 |
13 |
87 |
7 |
Araz Saatlı |
1120 |
13 |
86 |
8 |
Şahdağ Qusar |
935 |
12 |
78 |
9-10 |
Dinamo |
950 |
13 |
73 |
9-10 |
Lerik |
950 |
13 |
73 |
11 |
Kür-Araz |
800 |
13 |
62 |
12 |
Füzuli |
570 |
13 |
44 |
13-14 |
Qusar |
400 |
12 |
33 |
13-14 |
Göygöl |
430 |
13 |
33 |
Cəmi |
31930 |
174 |
184 |
İdman.biz