Benzianın "Qarabağ"la müqavilənin müddətini uzatmamasının TƏFƏRRÜATLARI - VİDEO

Xəbərlər
14 İyun 2025 11:58
64
Benzianın "Qarabağ"la müqavilənin müddətini uzatmamasının TƏFƏRRÜATLARI - VİDEO

Əlcəzair millisinin futbolçusu Yassin Benzianın "Qarabağ"la müqavilənin müddətini uzatmamasının təfərrüatları bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar aparılıb.

Lakin Azərbaycan çempionunun təklif etdiyi maaş Fransa Liqa 2 təmsilçilərinin və Tunisin "Esperance" klubunun irəli sürdüyü məvacibdən çox aşağı olub. Yarımmüdafiəçi bu səbəbdən Azərbaycanda qalmaq istəməyib. Hətta "Esperance" ilə ilkin razılıq əldə edən futbolçunun bu klubdan da imtina etmək ehtimalı var. Çünki onun yığmadakı komanda yoldaşları Səudiyyə Ərəbistanında da Benziaya marağın olduğunu bildiriblər.

Qeyd edək ki, Benzia "Qarabağ"da meydana çıxdığı 97 oyunda 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz