“Tottenhem”in müdafiəçisi Miki van de Ven isveçli hücumçunun ciddi zədələnməsinə səbəb olan sərt hərəkətə görə “Liverpul”un hücumçusu Aleksandr İsakdan üzr istəyib.
İdman.Biz-in məlumatına görə, Miki onun hərəkətlərinin qəsdən olmadığını açıqlayıb.
“Sadəcə, heç bir pis niyyət olmadan zərbəsini dəf etməyə çalışdım. Təəssüf ki, İsakın ayağı ayaqlarımın arasından sürüşdü... Ona can sağlığı və uğurlar arzulamaq üçün mesaj göndərdim və o, cavab verdi. Ümid edirəm ki, onu ən qısa müddətdə meydanda görəcəyəm”, - “Sky Sports” İsakın sözlərini sitat gətirir.
Daha əvvəl “Liverpul”un baş məşqçisi Arne Slot Mikkinin hücumunu “təhlükəli və ehtiyatsız” adlandırmışdı. İsveçli hücumçu İsak son transfer pəncərəsində “Liverpul”a qoşulub. O, mersisaydlıların heyətində 16 oyunda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
