U-21-in futbolçusu Şamaxı yolunda

Xəbərlər
13 İyun 2025 23:49
36
U-21-in futbolçusu Şamaxı yolunda

"Şamaxı" heyətini U-21 millisinin futbolçusu ilə gücləndirə bilər.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Nihat Mehralıyevlə razılığa gəlib.

Ayxan Abbasovun başçılıq etdiyi komanda 20 yaşlı futbolçu ilə bir illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub. U-21 millisinin üzvü olan futbolçu yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda forma geyinib.

İdman.biz