Dünya çempionatı: Daha 2 cüdoçumuz çıxışını başa vurub - YENİLƏNİB

Xəbərlər
14 İyun 2025 16:50
143
Dünya çempionatı: Daha 2 cüdoçumuz çıxışını başa vurub - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı tatamiyə çıxıb. Hər iki cüdoçu çıxışını erkən başa vurub.

Dünya çempionatı
Kişilər
66 kq

Mübarizəyə 1/32 finaldan başlayan Ruslan Paşayev (66 kq) ilk qarşılaşmasında Ronald Limanı (Braziliya) məğlub edib. O, ikinci görüşünü italiyalı Matteo Pirasa qarşı keçirib və bu dueldən də qalib ayrılıb. Paşayev 1/8 finalda Takeşi Takeoka (Yaponiya) ilə gücünü yoxlayıb. Rəqib qalib gəldiyindən təmsilçimiz mundialla vidalaşıb.

Qadınlar
52 kq

Gültac Məmmədəliyeva 1/32 finalda Sofiya Asvestaya (Kipr) uduzub.

Qeyd edək ki, yarışa 13 cüdoçu ilə yollanan millimiz ilk günü medalsız başa vurub. Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) məğlubiyyətə üzülüb. Komandamız mundialda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

İdman.biz