"Barselona" 4 futbolçusu ilə yollarını ayırır

Xəbərlər
14 İyun 2025 16:31
41
"Barselona" 4 futbolçusu ilə yollarını ayırır

"Barselona" yeni mövsüm üçün 4 futbolçusu ilə bağlı qərarını verib.

İdman.biz Sport.es-ə istinadən xəbər verir ki, oyunçuların hər biri bu barədə məlumatlandırılıb.

Bu futbolçular qapıçı İnyaki Penya, yarımmüdafiəçi Pablo Torre, həmçinin hücumçular Pau Viktor və Ansu Fatidir.

Bildirilir ki, Penya karyerasını İspaniyada davam etdirmək istəyir. Fati “Monako”ya keçməyə yaxındır. Torrenin gələcəyi ilə bağlı konkret məlumat açıqlanmayıb. Pau Viktorla isə əvvəllər formasını geyindiyi "Jirona" maraqlanır.

İdman.biz