"Sabah"ın qapıçısının transfer dəyəri 100 min avro yüksəlib

Xəbərlər
9 İyun 2025 18:45
74
"Sabah"ın qapıçısının transfer dəyəri 100 min avro yüksəlib

"Sabah"ın qapıçısı Stas Potakilovun transfer dəyəri 100 min avro yüksəlib.

İdman.biz xəbər verir ki, Transfermarkt portalının hesablamasına görə, qazaxıstanlı qolkiperin hazırki qiyməti 600 min avrodur.

Buna səbəb Azərbaycan kubokunun finalında "Qarabağ"a qarşı oyunda qazanılan 3:2 hesablı qələbənin rolunun olduğu ehtimal olunur. Pokatilov matçın birinci hissəsində penaltini dəf etməklə yadda qalıb.

Qeyd edək ki, Stasın çıxış etdiyi Qazaxıstan yığması bir neçə gün əvvəl yoldaşlıq oyununda Belarus 1:4 hesabı ilə uduzub. Bu görşdən sonra "Sabah"ın qapıçısı millinin düşərgəsini tərk edib.

İdman.biz