PSJ-dən Arda Gülərə təklif

Xəbərlər
8 İyun 2025 13:55
44
PSJ-dən Arda Gülərə təklif

PSJ klubu "Real”ın yarımmüdafiəçisi Arda Gülərə transfer təklifi edib.

İdman.biz xəbər verir ki, bununla bağlı PSJ-nin idman məsləhətçisi Luis Kampos türkiyəli futbolçu ilə şəxsən danışıqlar aparıb və ona əsas heyətdə stabil oyun praktikası vəd edib.

Lakin Madrid təmsilçisi futbolçu ilə ayrılmağı planlaşdırmır. Klubun baş məşqçisi Xabi Alonso Gülərin start heyətində şans qazanacağına və digər gənc istedadlar - Hendrik və Fran Qarsiya ilə birlikdə komandada qalacağına əmin olduğunu vurğulayıb.

Bildirilib ki, Arda Gülərin paytaxt klubu ilə müqaviləsi var və rəhbərlik onu satmaq təkliflərini nəzərdən keçirmək niyyətində deyil.

İdman.biz