Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələ oyununa təyinat alıb

Xəbərlər
8 İyun 2025 13:00
45
Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələ oyununa təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Qeyd edək ki, iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz