"Azərbaycanla oyunun əvvəlində bir az həyəcanlı idik. Futbolçuların fiziki durumuna görə bir az narahatlıq keçirirdim. Bəzi oyunçular cəmi bir sutka idi ki, hazırlığa qoşulmuşdular".
İdman.biz xəbər verir ki, bunu Belarus U-21 yığmasının baş məşqçisi Vitaliy Pavlov deyib.
O, millimizlə keçirilən yoldaşlıq görüşündə qeydə alınmış 3:1 hesablı qələbəni şərh edib: "Matçın əvvəli problemlərimizi göstərdi. Bizim iki heyətimiz var, ona görə də, 10-11 əvəzetməyə əl atmalı olduq. Əlbəttə, nəticə vacibdir, amma əsas məqsəd uşaqları yoxlamadan keçirməkdir. Qələbə qazandığımız üçün çox şadıq. Rəqib komandanın heyətində texnikalı futbolçular var".
Qeyd edək ki, Belarusda keçirilən oyunda meydan sahiblər 0:1 hesabı ilə geri düşsələr də, sonradan əzmkarlıq göstərərk 3:1 hesabı ilə qalib gəliblər.
İdman.biz