Yığmamızın qapısına 12 qol vuran baş məşqçiyə daha iki illik etimad

Xəbərlər
4 İyun 2025 20:39
54
Yığmamızın qapısına 12 qol vuran baş məşqçiyə daha iki illik etimad

İngiltərə Futbol Federasiyası gənclər yığmasının baş məşqçisi ilə müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, Li Karsli ilə yeni razılaşma AVRO-2027-nin sonunda kimi nəzərdə tutulub.

51 yaşlı mütəxəssis 2018-ci ildən İngiltərənin U-21 millisində çalışır. Karsli 2021-ci ildən baş məşqçi təyin olunub. O, ötən il qısa müddətdə ölkənin əsas yığmasında da başçılıq edib.

Qeyd edək ki, Karslinin başçılıq etdiyi komanda AVRO-2025-in seçmə mərhələsində eyni qrupda yarışıb. İngilislər iki oyunda millimizin qapısından 12 top keçiriblər (5:1, 7:0)

İdman.biz