VAR kimin işinə yarayır?

Xəbərlər
30 May 2025 13:07
35
VAR kimin işinə yarayır?

La Liqada VAR qərarlarının ən çox Madrid "Real"ının əleyhinə verildiyi bildirilib.

İdman.biz xəbər verir ki, İspaniya çempionatının ötən mövsümündə VAR (video köməkçi hakim) tərəfindən hakim qərarlarının dəyişdirilməsi üzrə yeni rekord müəyyən edilib – 189 dəfə, bu da əvvəlki göstəricidən daha çoxdur (2022/23 mövsümündə 179 dəfə).

AS nəşrinin hesablamalarına görə, "Real" və "Alaves" VAR qərarlarından ən çox zərər görən klublar olublar – hər ikisinin əleyhinə 16 dəfə hakim qərarları dəyişdirilib. Bu klubların xeyrinə olan qərarların sayı isə, müvafiq olaraq, 9 və 8 olub.

VAR müdaxilələrinsən ən çox müsbət nəticə qazanan komanda isə "Barselona" olub. Çempion klub üçün 16 qərar xeyirli olub, əleyhinə isə cəmi 7 qərar verilib.

Bundan əlavə, "Real" ləğv edilmiş qolların sayına görə də liderdir – 8 qol. Ondan sonra "Vilyarreal" gəlir – 6 qol.

Rəqiblərinin qollarının ləğv edilməsi üzrə isə "Las Palmas" (6) və "Barselona" (5) ön sıralarda yer alırlar.

VAR-a baxıldıqdan sonra ən çox penalti qazanan komanda "Atletik Bilbao" olub – 7 dəfə. "Barselona" və "Osasuna" – hərəsi 5, "Real" və "Atletiko" – hərəsi 4 penalti qazanıb.

Qeyd edək ki, "Real" və "Alaves" rəqib oyunçuların VAR nəticəsində qırmızı vərəqə alması baxımından ən çox fayda görən komandalar olublar – hər ikisinin rəqibi 4 dəfə meydandan qovulub.

İdman.biz