Birinci Liqa klubu Qara Qarayevə təklif göndərib

Xəbərlər
29 May 2025 12:11
42
Birinci Liqa klubu Qara Qarayevə təklif göndərib

Başa çatan mövsümün yekunlarına görə, I Liqaya vəsiqə qazanan "Şəfa" daha bir diqqət çəkən transferə hazırlaşır.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, paytaxt klubu millinin sabiq üzvünü "rənglərinə bağlamaq" istəyir.

Redaksiyamıza daxil olan bilgiyə əsasən, I Liqanın debütantı Qara Qarayevə təklif göndərib. Klub rəhbərliyi 32 yaşlı futbolçuya aylıq 8 min manat maaş verməyə razıdır.

Qeyd edək ki, Qaranın "Araz-Naxçıvan"la müqaviləsi iyunda başa çatır. O, 2024/25 "futbol ili"ndə Naxçıvan klubunun heyətində ümumilikdə 24 oyuna çıxıb.

İdman.biz