Bakıya səfər edən portuqaliyalı mütəxəssis Kristiano Souzanın növbəti mövsümdə "İmişli"yə rəhbərlik etməsi gözlənilir.
İdman.biz xəbər verir ki, 42 yaşı məşqçi bölgə təmsilçisi ilə ortaq məxrəcə gəlib.
Növbəti mövsümdə Misli Premyer Liqasında yarışacaq "İmişli" təcrübəli mütəxəssislə əməkdaşlıq etmək niyyətindədir. Souza komandanın 1-ci Liqanın son turunda "Difai" ilə qarşılaşmanı tribunadan izləyib. Onun aylıq 20 min avro maaş alacağı bildirilib.
Qeyd edək ki, Kristianonun son iş yeri Çexiyanın 3-cü Liqa təmsilçisi "Znoymo" olub. O, köməkçi məşqçi funksiyasını yerinə yetirib.
İdman.biz