İsmayıl Zülfüqarlının 100-cü oyunu

Xəbərlər
26 May 2025 11:35
46
İsmayıl Zülfüqarlının 100-cü oyunu

“Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.

24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/20 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.

Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.

İdman.biz