"Ferensvaroş" futbol üzrə Macarıstan çempionu titulunu qoruyub.
İdman.biz xəbər verir ki, irlandiyalı Robbi Kinin çalışdırdığı komanda son turda "Dyor"u 2:1 hesabı ilə məğlub edərək mövsümü 69 xalla birinci pillədə tamamlayıb.
Budapeşt təmsilçisi ən yaxın izləyicisi "Pușkaş Akademiyası"nı 3 xal qabaqlayıb.
"Ferensvaroş" bununla Macarıstanda ardıcıl 7-ci, ümumilikdə isə hamıdan çox - 36-cı dəfə çempion olub. Rekordçunun bu göstəricidə ən yaxın izləyicisi hesabında 23 çempionluq olan MTK klubudur.
Qeyd edək ki, "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Julio Romao da 9 matçda "Ferensvaroş"un formasını geyinərək Macarıstan çempionu olub. "Qarabağ"ın hazırkı futbolçusu Kadi Borges də mövsümün ilk yarısında Budapeşt klubunun şərəfini qoruyub.
İdman.biz