Araz-Naxçıvan”, yoxsa “Zirə”?

Xəbərlər
25 May 2025 16:20
29
Araz-Naxçıvan”, yoxsa “Zirə”?

Misli Premyer Liqasının XXXVI turunun son oyunu Bakıda yekunlaşacaq.

İdman.biz xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.

Rəqiblər çempionatda 8-ci matça çıxacaqlar.

Əvvəlki 3 oyunda Naxçıvan təmsilçisi qalib gəlib. Qəsəbə klubu 2 dəfə heç-heçə edib, 2 dəfə isə qələbəyə sevinib.

Top fərqində isə “Zirə” üstündür – 5-4.

Son 4 matçda 2-dən çox qol vurulmayıb. Son iki qarşılaşmanın taleyini bir top həll edib.

01.10.2023

Araz-Naxçıvan - Zirə (Bakı)

1:0

09.12.2023

Zirə (Bakı) - Araz-Naxçıvan

0:0

25.02.2024

Araz-Naxçıvan - Zirə (Bakı)

0:3

29.04.2024

Zirə (Bakı) - Araz-Naxçıvan

0:1

26.10.2024

Araz-Naxçıvan - Zirə (Bakı)

1:1

06.11.2024

Zirə (Bakı) - Araz-Naxçıvan

0:1

18.01.2025

Zirə (Bakı) - Araz-Naxçıvan

1:0

Qeyd edək ki, qarşılaşma saat 19:30-da başlayacaq.

İdman.biz