Samir Abasov: "Çox çətin period bizi gözləyir"

Xəbərlər
24 May 2025 22:53
33
Samir Abasov: "Çox çətin period bizi gözləyir"

"Mövqeləri açıqlamayacağıq. Transferlər olanda, görəcəksiz. Bu oyunçular klub tərəfdən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqeyimiz var".

İdman.biz xəbər verir ki, bunu Neftçi"nin baş məşqçisi Samir Abasov "Sabah"la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasında son turunda qeydə alınmış 0:1 hesablı məğlubiyyətdən sonra növbəti mövsüm üçün futbolçu seçimindən danışıb: Seleksiya işlərinə çoxdan start vermişik. Bu yolda da komanda olaraq məşqçi olaraq, bu işdə çalışanlar olaraq bu nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə problemlər yaşamışıq seleksiya ilə bağlı, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Amma bu vaxta kimi də gördüyümüz işlər açıqlanmasa da, yaxşı iş görmüşük. Təki nəticəsi olsun".

İdman.biz